ABŞ Ədliyyə Nazirliyi Maduronun adətən xarici səfərləri üçün istifadə etdiyi “prezident” təyyarəsinin ələ keçirildiyini bildirib.
News24.az xəbər verir ki, təyyarənin ön şirkət vasitəsilə alınaraq ABŞ-dan çıxarıldığı və sanksiyaların pozulduğu iddia edilib.
Təyyarə ABŞ-a göndərilərkən, Venesuela bu hərəkəti "piratlıq" adlandırıb.
Xatırladaq ki, Venesuelada iyulun 29-da açıqlanan nəticələrə görə, Maduro 51,20 faiz səslə prezident seçkilərində qalib gəlib.
Vaşinqton administrasiyası seçkinin nəticələrini rədd edən müxalifəti dəstəkləyib.
Məryəm İlhamqızı