EN

Britaniya İsrailə 30 növ silah satışını dayandırır

Böyük Britaniya Xarici İşlər Nazirliyi İsrailə silah ixracına məhdudiyyətlər qoyulacağını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri David Lammi İcmalar Palatasında verdiyi açıqlamada  İsrailə verilən 30 növ silahın lisenziyanın dayandırılacağını bildirib.

Lammi belə izah edib ki, bu qərar İsrailin Qəzzada hərbi əməliyyatları zamanı Britaniya silahlarının beynəlxalq hüquqa zidd olaraq istifadə edilmiş ola biləcəyi ilə bağlı yaranan narahatlıqlarla əlaqədardır.

Bildirilib ki, qərar çərçivəsində satışı dayandırılacaq silahlar arasında yer hədəfləri üçün istifadə edilən helikopterlər və PUA-lar da var.

Qeyd edək ki, Britaniyanın İsrailə silah ixracı nəzərdə tutulan lisenziyalarının ümumi sayı təxminən 350-dir. Sözügedən qərarın qüvvəyə minməsi 320 lisenziyaya təsir etməyəcək və müvafiq silahların İsrailə ixracı davam edəcək.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
50
azpolitika.info

10Sources