EN

Qubada baş verən yanğın söndürüldü

Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.   Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Əlavə məlumat veriləcək. *** 16:05 Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə yanğın başlayıb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunublar.

"Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir", - məlumatda qeyd olunub.

Chosen
102
35
manset.az

10Sources