“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin və bir sıra təşkilatların dəstəyi ilə Yasamal rayonu 2-ci Alatava ərazisində növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Demokrat.az xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2410 litr olan plastik, 207 litr şüşə və 249 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Tədbir zamanı vətəndaşlar həsir çantalara müxtəlif dizaynlar edib, uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekokönüllülər tərəfindən kətan üzərində rəsmlər çəkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.
10Sources
-
azertag.az“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib ( 10483219)
-
publika.az“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi ( 10482379)
-
teleqraf.comBakıda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi- Foto ( 10481830)
-
demokrat.az“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi — FOTOLAR ( 10479103)
-
newscenter.az“İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib ( 10416163)
-
sabahinfo.az“İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib ( 10415956)
-
azerforum.com“İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib ( 10415965)
-
adalet.azMehriban Əliyeva uşaqlar üçün təşkil edilən şənlikdə - FOTOLAR ( 10239541)
-
arantv.azMehriban Əliyeva uşaqlarla BİRLİKDƏ – FOTO ( 10237621)
-
azerforum.comÜmummilli etimadın uğurla gerçəkləşməsi ( 10237408)