“Real” İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, son ölkə çempionu IV turda “Betis”i qəbul edib.
Qarşılaşma “kral klubu”nun qələbəsi ilə bitib. Paytaxt təmsilçisi sonuncu dəfə 2023-cü ilin sentyabrında “Atletiko”ya uduzub – 1:3. O vaxtdan bəri Karlo Ançelottinin komandası 26 qələbə və 10 heç-heçə əldə edib.
Əvvəlki rekord 30 matç olub. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək “Real” uduzmayıb.