Gəncədə bədbəxt hadisə baş verib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Bildirilib ki, fəhlə işləyən 1968-ci il təvəllüdlü N.Tağıyevin üstünə armatur topası düşüb.
O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.