EN

Mikayıl Cabbarov səs verdi - FOTOLAR

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisə keçirilən növbədənkənar seçkidə səsvermə hüququndan istifadə edib.

O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, seçki ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 08:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
153
4
oxu.az

10Sources