EN

“Exit-poll” keçirən təşkilat: Hər 10 seçicidən 1-i ilə söhbət aparırıq

“Müşahidələrə əsasən deyə bilərəm ki, seçki aktivliyi qənaətbəxşdir, çox güman, günün ikinci yarısında aktivlik daha da artacaq”.

Bunu APA-ya açıqlamasında müxtəlif seçki dairələrində “Exit-poll” keçirən və hazırda "ORACLE ADVISORY GROUP"la birgə fəaliyyət göstərən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının əməkdaşı Emin Paşazadə deyib.

“Vətəndaşlar seçkilərin təşkilindən razılıqlarını ifadə edirlər. Hər 10 seçicidən 1-i ilə söhbət aparırıq. 17:00-18:00 radələrində “Exit-poll”un nəticələrinin açıqlanacağı gözlənilir” - deyə o əlavə edib.

Qeyd edək ki, üç beynəlxalq təşkilat “Exit-poll” üçün qeydiyyatdan keçib. “Exit-poll”ları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları), "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi ilə birgə isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
38
apa.az

10Sources