EN

"Qarabağ" bir gecənin içində o qədər pul itirdi ki...

Çempionlar Liqası ilə vidalaşmağın "Qarabağ"a hansı məbləğə başa gəldiyi məlum olub.

Sportinfo.az xəbər verir ki, "Dinamo Zaqreb"ə uduzan təmsilçimiz liqa mərhələsinə vəsiqə ilə 18.62 milyon avro əldə etmək şansını qaçırıb.

Avropa Liqasının qrup mərhələsində oynamaq isə Ağdam klubuna 4.31 milyon avro gətirəcək.

Bu o deməkdir ki, pley-offdakı məğlubiyyət "Qarabağ"a 14.31 milyon avroya başa gəlib. Bu, təxminən 27 milyon 88 min manata bərabərdir.

Avropa Liqasının əsas mərhələsində hər qələbə 450 min, heç-heçə 150 min avro gətirəcək. Bu rəqəmlər Çempionlar Liqasında 2.1 milyon və 700 min avroya bərabərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
50
sportinfo.az

10Sources