EN

Azərbaycan UEFA reytinqində əmsal ehtiyatını artırıb

Azərbaycan UEFA reytinqində əmsal ehtiyatını artırıb.

Fins.az xəbər verir ki, bu, "Zirə" klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" komandasını 1:0 hesabı ilə məğlub etməsi sayəsində mümkün olub. Nəticədə, ölkənin UEFA reytinqinə 0,250 əmsal əlavə olunub.

Azərbaycanın hazırkı əmsalı 19,125-dir və ölkə reytinq siyahısında 26-cı yerdə qərarlaşıb. Kipr 25-ci pillədə 19,725 əmsalla, Bolqarıstan isə 27-ci yerdə 18,875 əmsalla yer alır. Reytinqin zirvəsində İngiltərə 89.303 əmsalla birinci sıradadır.

Çempionlar Liqasında "Dinamo"ya 0:2 hesabı ilə uduzan "Qarabağ" klubu bu həftə reytinqə əlavə əmsal qazandıra bilməyib.

Chosen
58
18
fins.az

10Sources