EN

Azərbaycanın UEFA reytinqindəki xalları artıb

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Apasport.az xəbər verir ki, bu, "Zirə"nin ötən gün Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Kiprin "Omoniya" kollektivini məğlub etməsi (1:0) sayəsində mümkün olub.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "qartallar" ölkə reytinqinə 0,250 əmsal qazandırıb. 26-cı sırada yer alan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.

Çempionlar Liqasında "Dinamo"ya uduzan (0:2) "Qarabağ" bu həftə reytinqə töhfə verə bilməyib.

25-ci pillədəki Kiprin 19,725, 27-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.

"Neftçi" futbolçusu ilə yollarını ayırıb

Premyer Liqa: VI turun oyun cədvəli açıqlanıb

Slovakiya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb

“Qarabağ”la “Neftçi”nin oyunlarının hakimləri açıqlanıb

Santuşa xüsusi mükafat təqdim edilib

Chosen
63
18
apasport.az

10Sources