"X” sosial şəbəkəsinin işində problemlər yaranıb.
Modern.az xəbər verir ki, bu barədə “Downdetector” portalı məlumat yayıb.
Bildirilib ki, ABŞ-də 55 mindən çox istifadəçi “X”in işində pozuntular barədə məlumat verib.
Məlumata görə, problemlərə diqqət yetirənlərin 85%-i proqramda nasazlıqlar, 11%-i serverə qoşula bilməyib, 4%-i isə sayta daxil olmaqda çətinlik çəkib.
Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, İspaniya və digər ölkələrdə də platforma ilə bağlı problemlər qeydə alınıb