“X” sosial şəbəkəsinin işində problemlər yaranıb.
“Azreform.info ” xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” portalı məlumat yayıb.
Bildirilib ki, istifadəçilərin 85 faizi proqramda nasazlıqların olduğunu, 11 faizi serverə qoşula bilmədiyini, 4 faizi sayta daxil olmaqda çətinlik çəkdiyini bildirib.
Sosial şəbəkə ilə bağlı problemlər ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, İspaniya və digər ölkələrdə də qeydə alınıb.