EN

Yanvar-iyul aylarında Rusiyanın qızıl hasilatı 5,9% artıb - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında Rusiyada qızıl hasilatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,9% artıb.

Eyni zamanda, iyulda ötən ilin iyul ayı ilə müqayisədə bu göstərici 10,1%, cari ilin iyun ayı ilə müqayisədə isə 26,2% artıb.
İlkin alüminium istehsalı yeddi ayda 5,8% artıb, iyulda isə illik müqayisədə 4,5% azalıb.
Cari ilin yanvar-iyul aylarında prokat istehsalı 4,2% azalaraq 36,1 milyon tona, külçə və yarımfabrikatlarda qeyri-lehimli polad istehsalı isə yeddi ayda 4,5% azalaraq 32,9 milyon tona düşüb. Bu dövrdə çuqun əridilməsinin həcmi 5,1% azalaraq 30,1 mln. olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
113
20
olaylar.az

10Sources