Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatının ilk günündə iki medal qazanıblar.
Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan Nihad Məmişov bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb.
2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan N. Məmişov ikiqat dünya çempionu olub.
Məhəmmədəli Hüsiyev (50 kq) isə yarışda bürünc medal əldə edib.
Qeyd edək ki, turnir sentyabrın 1-də başa çatacaq.
Beynəlxalq Cüdo Federasiyası Akademiyasının açılış mərasimi keçirilib
Cüdoçularımız dünya reytinqində liderdir
Elnur Məmmədli: "Fransada himnimizi səsləndirmək vacib idi"
Zelim Kotsoyev: "Özümə gözəl bir doğum günü hədiyyə etdim" - Müsahibə
Hidayət Heydərov: "İkinci dəfə olimpiya çempionu olmaq istəyirəm" - Müsahibə