EN

İsraflı istehlak cəmiyyəti karbon emissiyasını artıran əsas səbəblərdən biridir

Dünyanın ən dəyərli aktivi olan insan günümüzdə ehtiyyacdan qat-qat çox istehlak etməyə davam edir. 
1870-ci ildə başlayan ikinci sənaye inqlabı kütləvi istehsalın əsasını qoydu. 1969-cu ildə üçüncü, 2013-cü ildə başlayan dördüncü sənaye inqlabları kütləvi istehsala təkan verdi. Nəticədə həddindən israflı istehsala gətirib çıxardı və beləcə malların təklifi istehlak tələbini üstələdi. Nə etmək lazım idi? Tələbi artırmaq. Buna görə də istehsalçılar istehlak xərclərini manipulyasiya etmək üçün planlaşdırılmış köhnəlmənin tətbiqinə və reklamların istifadəsinə başladılar. Nəticədə israfçı istehlak cəmiyyətinə, konsumerizmə gətirib çıxardı. Konsumerizm (consumerism -istehlakçı)-daim artan miqdarda mal və xidmətlərin əldə edilməsini təşviq edən sosial və iqtisadi nizamdır.

 

1929-cu ildə dünyada yaşanan iqtisadi böhran, klassik idarəetmədə insan faktoruna əhəmiyyətin verilməməsi, dəyişən cəmiyyət dəyərləri nəticəsində klassik idarəetmə 1930-cu ildə özünün pikinə çatdı, neo-klassik idarəetmənin başlanğıcı oldu. Neo-klassik idarəetmədə insan qaynaqları ön plana çıxdı, cəmiyyətdə insanın tələbləri də manipulyasiya edilməyə başladı. Nəticədə mən deyərdim israflı istehsal başladı. II dünya müharibəsindən sonra isə konsumerizm sürətlə inkişaf etdi. Günümüzdə də davam edən sistemli idarəetmə, reklam, planlanmış köhnəlmə, neyromarketinq və s. konsumerizmə rəvac verir.

 

Bu gün əkiz (yaşıl, rəqəmsal) transoformasiya, üçüz (yaşıl, rəqəmsal, sosial) transformasiyanın əhəmiyyətini daha yaxşı anlamağa başlayırıq.

 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP29) ölkəmizdə  keçirilməsi böyük hadisədir, xüsusi əhəmiyyət kəsb edir.

 

Bəli, iqlim dəyişikliyinə səbəb olan karbon emissiyasının azaldılması, karbonun tutulması  istiqamətində ciddi addımlar atılmalıdır.  Eyni zamanda konsumerizmin, manipulyasiya ilə yaranmış kütləvi istehsal tələbinin qarşısı alınmalıdır ki, karbon ayaq izi azalsın.

 

Göstəriş, status nümayişi üçün olan hər şey israfa, israf da global təhlükəyə gətirib çıxarır.

 

"Dərd yol göstərir"-deyib mütəfəkkir. Nə bilmək olar bəlkə bu dərd sayəsində doğru yolu daha aydın görəcik ?!
Əgər dərdin dərd olduğunun fərqinə varsaq təbii ki..

 

Bizlər sən və mən qəflətini aşıb "biz" şüuruyla hərəkət etməli, həmrəy olmalı, ekoloji çevrəmizi qorumalıyıq!

 

Rəşad Cabirli
"MÜSİAD Azərbaycan " İctimai Birliyinin İdarə heyətinin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
16
modern.az

10Sources