Azərbaycan bölgədə davamlı sülhün təmin edilməsi üçün tarixi şansın olduğunu hesab edir.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, məhz buna görə, Azərbaycan tərəfi Ermənistana sülh sazişinin layihəsini, 5 baza prinsiplərini təqdim edib.