EN

“Qarabağ” - “Dinamo" matçına satılan bilet sayı açıqlanıb

UEFA Çempionlar Liqasının play-offunda mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo" matçında 24,500 bilet satılıb.

İdman.biz xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Avqustun 28-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

Qeyd edək ki, oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

İdman.biz

(Zaqreb, Xorvatiya) oyununa bilet satışı davam edir.
⚠️ QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərimizin daha tez gəlib tribunalarda öz yerlərini tutmağı xahiş olunur!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
40
idman.biz

10Sources