EN

Qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirləndirilən vəzifəli şəxslər həbs edilib

Bakı. Trend:

Qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirləndirilənvəzifəli şəxslər həbs edilib.

Trend xəbər verir ki,. bu barədə Baş Prokurorluq məlumatyayıb.

Bildirilib ki, qaçaqmalçılıq cinayətinin törədilməsində iştiraketmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət GömrükKomitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davametdirilir.

İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks”Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuşəməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırmaşöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovlaqabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü iltarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manatdəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılışməntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi iləgizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrüknəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələrmüəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiqmaddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, PərvinDursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan birqrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindənistifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismindəcəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbsqətimkan tədbiri seçilib.

Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsindəiştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətindəistintaq-əməliyyat tədbirləri davam etdirilir.

Chosen
123
43
az.trend.az

10Sources