EN

“Yuventus” “Fiorentina”nın futbolçusunu icarəyə götürdü

İtaliyanın "Yuventus" klubu digər A Seriyası təmsilçisi "Fiorentina"nın futbolçusu Nikolas Qonsalesi sonradan almaq şərti ilə icarəyə götürüb.

Rekord.az Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümündə icarə əsasında oynadıqdan sonra 26 yaşlı argentinalı hücumçu ilə birdəfəlik müqavilə bağlanacaq.

"Yuventus" klubu vinger üçün Florensiya təmsilçisinə 38 milyon avro ödəyəcək.

2023/24 mövsümündə Qonsales meydana çıxdığı 44 oyunda 16 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçu Argentina millisində 39 oyun keçirib və 5 qolla yadda qalıb.

Chosen
78
17
rekord.az

10Sources