Avstraliyanın Qərbi Avstraliya əyalətinin ən şimal hissəsi olan Kimberli bölgəsində termometrlər 41,6 dərəcəni göstərərək, ilkin məlumatlara əsasən ölkə tarixində qış temperaturu rekordu qırılıb.Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, ölkənin Kimberley bölgəsindəki bir meteoroloji stansiyada temperaturlarla bağlı verdiyi açıqlamada bölgədəki termometrlərin 41,6 dərəcə göstərdiyi bildirilib.Qeyd olunub ki, Avstraliya Meteorologiya Bürosunun (BOM) müvəqqəti olaraq təsdiq etdiyi məlumat sabah veriləcək açıqlama ilə yekunlaşarsa, ölkədə indiyədək qış temperaturu rekordu qırılacaq.İsti dalğanın Avstraliyanın şərq bölgələrinə doğru getdiyini bildirən səlahiyyətlilər, oxşar temperatur rekordlarının Kvinslend və Yeni Cənubi Uels əyalətlərində də yaşana biləcəyini vurğulayıblar.Əvvəlki rekord 23 avqust 2020-ci ildə 41,2 dərəcə ilə Qərbi Avstraliya əyalətində qırılmışdı.Mənbə: AA