EN

Gəncədə “Jiquli” ilə tozu dumana qatan “avtoş” sürücü üçqat təhlükə yaratdı - VİDEO

Gəncədə qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 57-BD-880 dövlət nömrə nişanlı “VAZ-21013” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edərək qəza riski yaradıb. Belə ki, əl əyləcindən istifadə edən sürücü avtomobili fırladaraq yolda drift edib. Bu zaman o, özüylə yanaşı videonu qeydə alan maşına və yolun kənarındakı piyadaya təhlükə yaradıb. 
Digər görüntüdə isə, sürücü işıqfora məhəl qoymadan qırmızıda keçib.

Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu avtoxuliqanlıqlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlanır.

Nərmin

 

Chosen
101
3
avtosfer.az

5Sources