Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın, o cümlədən enerji sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı aktual məsələlərin müzakirəsi davam etdirilib.
Rusiya prezidenti Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfərə dəvət olunub.
Həmçinin, Rusiya liderinin Qazaxıstanlı həmkarını 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRICS sammitinə dəvət etdiyi qeyd olunub.