Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın, o cümlədən enerji sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı aktual məsələlərin müzakirəsi davam etdirilib.