EN

Polşa öz ÜDM-nin 3,3%-ni Ukraynaya yardıma xərcləyib

Polşa lideri Anjey Duda Zero YouTube kanalında bildirib ki, Polşa ÜDM-nin 3,3%-ni Ukraynaya kömək etmək üçün xərcləyib.

“Ümumilikdə, Ukraynaya yardım, bütün bunlar, yəni hərbi, qeyri-hərbi, humanitar yardımlar ümumi ÜDM-in təxminən 3,3%-ni təşkil edir. Bu, təxminən 100 milyard zlotiyə bərabərdir. O cümlədən 12 milyard (3,1 milyard dollardan çox) hərbi yardım”.

Dudanın sözlərinə görə, Ukrayna Polşadan təxminən 400 tank, o cümlədən on MiQ-29 təyyarəsi, on helikopter və digər texnika alıb.

Bundan əvvəl Polşa lideri Ukraynaya hərbi dəstəyi davam etdirəcəyinə söz vermişdi.

Duda həmçinin etiraf edib ki, Polşa tankları Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunda iştirak edib.

Mənbə RİA Novosti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
45
dogru.az

10Sources