Bu gün Misli Premyer Liqasında IV tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.
Günün ilk matçında “Sabah” “Sumqayıt”ı qəbul edəcək.
Tura Zirədə yekun vurulacaq. Burada “Şamaxı” “Zirə”nin qonağı olacaq.
25 avqust
18:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
“Bank Respublika Arena”
20:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov
VAR: Əliyar Ağayev
Zirə İK stadionu.
24 avqust
“Araz Naxçıvan” – “Neftçi” – 1:1
18:15. “Qarabağ” – “Turan Tovuz” – 0:1
23 avqust
“Səbail” – “Kəpəz” – 4:0