EN

MEDİA qəzet və saytlar üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.

Bu barədə MEDİA-dan bildirilib.

Qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər, ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

"Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
607
23
aznews.az

10Sources