EN

Bayden Ukraynadakı müharibənin taleyini açıqladı

Rusiyanın Ukrayna dövlətinə qarşı genişmiqyaslı müharibəsi Ukraynanın azad və müstəqil ölkə olaraq qalması ilə başa çatacaq.

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden X səhifəsində yazıb.

Amerika lideri vurğulayıb ki, Ukrayna müharibə başlayanda azad idi, indi də belədir və müharibədən sonra gələcəkdə də suveren olacaq: "Bu gün Ukrayna xalqı Müstəqillik Gününü qeyd edir. Rusiyanın mənasız müharibəsi başlayanda Ukrayna azad ölkə idi. Bu gün o, hələ də azad ölkədir. Müharibə Ukraynanın azad, suveren və müstəqil ölkə olaraq qalması ilə bitəcək". 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
158
50
unikal.az

10Sources