EN

Dünyanın ilk ağciyər xərçəngi peyvəndi yaradıldı - 7 ölkədə sınaqdan keçdi

Dünyanın ilk ağciyər xərçənginə qarşı peyvəndi Türkiyə də daxil olmaqla 7 ölkədə xəstələr üzərində sınaqdan keçirilməyə başlanıb.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Ağciyər xərçəngi dünyada xərçəng ölümünün ən ümumi səbəbi kimi tanınır və hər il təxminən 1,8 milyon insanın ölümünə səbəb olur.

Xüsusilə şişlərin yayıldığı qabaqcıl mərhələlərdə sağ qalma nisbətləri olduqca aşağıdır.
İndi mütəxəssislər bədənə xərçəng hüceyrələrini tapıb öldürməyi və onların geri qayıtmasının qarşısını alan yeni peyvəndi sınaqdan keçirirlər.
"BNT116" adı ilə tanınan bu peyvənd ağciyər xərçənginin ən çox yayılmış növü olan və kiçik hüceyrəli olmayan ağciyər xərçəngini müalicə etmək üçün nəzərdə tutulub.

Chosen
49
8
manset.az

10Sources