“Biz qarşıdan gələn Milli Məclisə seçkilərə qatıla bilməsək də, Vətənimizdəki siyasi prosesi yaxından izləyirik”.
Publika.az xəbər verir ki, bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Krasnoyarsk diyarı “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri Taleh Mahmudov bildirib.
O qeyd edib ki, tarixi Zəfərimizin mühüm nəticələrindən biri də işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə parlament seçkilərin keçirilməsidir: “Bu il fevralın 7-də suveren Azərbaycanda Prezident seçkiləri baş tutdu, sentyabrın 1-də isə parlament seçkiləri keçiriləcək. Bu xəbərə qürbət ölkələrdə yaşayan azərbaycanlılar da sevinir.