Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
"Hakurk, Asos, Gara ve Metina bölgələrində keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının 16 üzvü öldürülüb. Terrora qarşı mübarizə əzmlə, müntəzəm davam edir" - deyə bildirilib.