EN

Dünyanın ikinci ən böyük almazı ortaya çıxdı

 

  Kanadanın “Lucara Diamond Corp.” kompaniyası Botsvanadakı Karove mədənindən 2492 karatlıq almaz çıxarıb. Şirkətin veb saytında yerləşdirilən məlumata görə, bu, indiyədək ölçüsünə görə dünyada tapılan ikinci ən böyük almazdır.

  Ən böyük almaz - 3106 karat ağırlığında olan "Cullinan" isə Cənubi Afrikada təxminən 120 il əvvəl tapılmışdı.

  Karove yatağı nəhəng daşları ilə məşhurdur. Belə ki, 2015-ci ildə Lukara (Lucara) o zaman dünyada ikinci ən böyük almaz olan “Lesedi la Rona” almazını (1109 karat) aşkarlayıb. O, 53 milyon dollara satılıb. Yenə həmin yataqdan çıxarılan 813 karatlıq almaz rekord qiymətə - 63 milyon dollara alıcı tapıb.

  Lukara əvvəllər burada 1758 karatlıq “Sewelo” almazını da tapmışdı, lakin o, qiymətli daş keyfiyyətinə malik deyildi. Yeni almazın keyfiyyəti hələ müəyyən edilməyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
10
trt.net.tr

10Sources