EN

Dünyanın ikinci ən böyük almazı tapıldı

Kanadanın "Lucara Diamond" şirkəti Cənubi Afrikada ölkəsi olan Botsvanadakı Karove mədənində 2492 karat ağırlığında almaz aşkar edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, son 120 ilin ən böyük və indiyə qədər çıxarılan ikinci ən böyük almazdır.

Qeyd edək ki, tarixin ən böyük almazı olan "Cullinan" da Cənubi Afrikada tapılıb. Onun çəkisi 3106 karat idi.

Karove mədəni qiymətli və böyük daşları ilə məşhurdur. Belə ki, 2015-ci ildə "Lucara" şirkəti burada çəkisi 1109 karat olan "Lesedi La Rona" almazını kəşf edib. Almaz 53 milyon dollara satılıb. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
11
milli.az

10Sources