1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Avropa Liqasının dördüncü təsnifat mərhələsi çərçivəsində İsveçrənin "Luqano"su Türkiyənin "Beşiktaş" klubunu qəbul edib.
Oxu.Az-ın məlumatına görə, oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərindən Uran Bislimi (34-cü dəqiqə) və Renato Şteffen (56-cı dəqiqə) fərqləniblər, Qabriel Paulista (63-cü dəqiqə) isə avtoqola imza atıb. İstanbul komandasının heyətində Jedson Fernandeş dubla (21, 51) imza atıb, Əl-Musrati fəqlənib (55).
Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması avqustun 29-da İstanbulda baş tutacaq. İki oyunun cəmi əsasında qalib gələn komanda UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələcək. Uduzan komansa isə Konfrans Liqasına gedəcək.