Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Brüsselə səfər edəcək.
"Operativ Media" xəbər verir ki, TRT telekanalının məlumatına görə , bu, son beş ildə Aİ-dən Türkiyəyə ilk belə dəvətdir.
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Kecəli Fidanın tədbirə dəvət olunması faktını təsdiqləyib
Qeyd edək ki, Aİ-nin xarici işlər və müdafiə nazirləri avqustun 29-30-da Brüsseldə Aİ Şurasının qeyri-rəsmi iclası üçün bir araya gələcəklər.