EN

“Qarabağ” - “Dinamo” matçının biletləri satışda

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo” (Zaqreb, Xorvatiya) oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı. Satış məntəqələri: iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdı. Qeyd edək ki, “Qarabağ” - “Dinamo” avqustun 28-də keçiriləcək. Zaqrebdəki ilk matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
49
matc.az

10Sources