EN

Azərbaycanda pensiyaçıların sayı 4440 nəfər azalıb

Bu ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,0 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1096,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 491,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2024-cü il 5 fevral tarixli 4291 nömrəli sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
2
cebheinfo.az

7Sources