EN

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Bu günə qədər TƏBİB tabeliyində fəaliyyət göstərən tibbmüəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rastgəlinməyib.

Trend xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Bildirilib ki, yluxma şübhəsi olan xəstədən qaydalara uyğunolaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinintabeliyində fəaliyyət göstərən Respublika Gigiyena vəEpidemiologiya Mərkəzinə göndərilir.

"Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibbmüəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastrukturmövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilətəmin olunub.

Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyəvə İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetməBirliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlananmeymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinikprotokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə NazirliyininElmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarıilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışanterapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardımhəkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrəmütəxəssislər üçün nəzərdə tutulub".

Qeyd edək ki, meymunçiçəyi – virus etiologiyalı, təbii çiçəkxəstəliyinə bənzər simptomları olan, lakin daha az şiddətli və dahayüngül gedişatlı zoonoz (heyvandan insana yoluxan) xəstəlikdir.Meymunçiçəyi adətən Mərkəzi və Qərbi Afrikada, əsasən, tropikmeşələrin yaxınlığında olan ərazilərdə endemikdir.

İnsanda ilk meymunçiçəyi xəstəliyinə yoluxma halı 1970-ci ildəKonqo Demokratik Respublikasında (KDR) 9 yaşlı uşaqda qeydə alınıb.Bu günə qədər olan alovlanmalar KDR, Nigeriyada və 2003-cü ildə ilkdəfə Afrikadan kənarda ABŞ-də (70 yoluxma halı) müşahidə olunub.2022-ci ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)xəstəlik üçün endemik sayılmayan 4 regionunda meymunçiçəyinəyoluxma halları haqqında məlumatlar təqdim edilib. Yoluxmahallarının əksəriyyətinin anamnestik məlumatlarında endemikölkələrə səyahət tarixçəsi qeyd olunmayıb.

Xəstəliyə yoluxan insanda hərarət, güclü baş ağrısı,limfadenopatiya (şişmiş limfa düyünləri), kürək və bel ağrısı,mialgiya (şiddətli əzələ ağrıları), ağır asteniya (yorulma,halsızlıq), hərarət başlayandan 1-5 gün müddətində səpkilərinyaranması kimi əlamətlər özünü büruzə verir.

Meymunçiçəyi heyvandan insana və insandan insana ötürülə bilir.Yoluxmuş heyvanın qanı, bədən mayeləri, dəri və ya selikli qişalarıilə birbaşa təmas və ya yoluxmuş heyvanın tam bişməmiş əti iləqidalanma vasitəsilə heyvandan insana yoluxma halları baş verəbilər. İnsandan insana yoluxma halları isə dəri səpkilərininmöhtəviyyatı (irin, qan) və ya qabıqları, hava-damcı yolu iləuzunmüddətli və yaxın şəxsi təmas, xəstənin yataq dəsti, dəsmalı,paltarı və istifadə edilmiş digər əşyaları, cinsi əlaqə, dəri vəselikli qişalar, doğuş zamanı və ya doğuşdan sonra anadan döləyaxın təmas vasitəsilə baş verə bilər.

Xəstəliyin profilaktikası məqsədilə 18 yaşdan yuxarı şəxslərüçün iki dozalı peyvənd (vaksinasiya təmasdan sonrakı şəxslərə də 4gün ərzində aparıla bilər) tətbiq olunur. Yoluxma halı təsdiqlənmişvə ya şübhəli hesab edilən şəxslərin təmas və hava-damcıizolyasiyasına alınması, simptomlu şəxs və onun əşyaları ilətəmasdan sonra əllərin yuyulması və dezinfeksiyası vacibdir.

Chosen
113
4
az.trend.az

10Sources