ABŞ ordusu son 24 saat ərzində Yəməndəki üsyançı Ənsarullah (Husi) hərəkatının yer-hava raketini və radarını məhv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CENTCOM bununla bağlı açıqlamasında deyib:
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəkləri barədə xəbərdarlıq edərək, yəhudi dövlətinə bağlı gəmilərin Qırmızı dəniz suları və Bab əl-Məndəb boğazından keçməsini qadağan ediblər, o, Təl-Əviv problemli bölgədə Fələstin radikal qruplaşmasına qarşı hərbi əməliyyatı dayandırana qədər xəbərdarlıq edib. Noyabrın ortalarından başlayaraq Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmi husilərin hücumuna məruz qalıb.