EN

Tramp Obama haqqında ziddiyyətli fikirlərini açıqladı

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp sələfi Barak Obamanı "nəzakətli centlmen" adlandırıb.

seher.media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Tramp qeyd edib ki, onun iqtisadi siyasəti ilə razılaşmasa da, Ağ Evin keçmiş rəhbərinə münasibəti yaxşıdır.

"Onu bəyənirəm. Düşünürəm ki, o, nəzakətli centlmendir, amma ticarətdə çox zəif idi. Ticarət baxımından ölkəmizin başına gələnlərə baxsanız, bu, fəlakət idi. Yaponiyaya baxın. Çinə baxın. Bu ölkələrin bəzilərinə nə oldu, onlar nə etdilər. Lakin mən onu bəyənirəm və onun həyat yoldaşına (Mişel) hörmət edirəm" , - Tramp bildirib.

Sabiq prezidentin sözləri, Obama və həyat yoldaşının Çikaqoda keçirilən Demokratlar Partiyasının Milli Qurultayında Trampı açıq şəkildə tənqid etdikləri çıxışı ilə tamamilə ziddiyyət təşkil edir. Xüsusilə, Mişel Obama respublikaçını afroamerikalıların yerini tutmaq istəməkdə günahlandırıb, onun əri isə etiraf edib ki, seçkidə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə uduzmaqdan qorxur.

Tramp Obama haqqında ziddiyyətli fikirlərini açıqladı

Tramp Obama haqqında ziddiyyətli fikirlərini açıqladı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
94
50
seher.media

10Sources