EN

NATO-nun gizli planı üzə çıxıb

NATO-nun

NATO-ya üzv ölkələr öz qoşunlarını Finlandiya ərazisində yerləşdirmək imkanını müzakirə edirlər.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Antti Hakkänen açıqlama yayıb. O deyib ki, danışıqlar, xüsusilə, Norveç və İsveçin hərbi hissələrinin Laplandiyaya göndərilməsi ilə bağlı olub.

“Biz bu danışıqları açıq şəkildə şərh etmirik. Danışıqlar aparırıq ki, hansı ölkələr Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün müəyyən bölmələr verə bilər”, - deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, bu planlar yalnız tam razılaşma əldə edildikdən sonra həyata keçirilə bilər.

E. KAMAL
Chosen
148
37
reyting.az

10Sources