EN

Zərdab Rayon Mərkəzi Xəstəxanasında laporoskopik əməliyyatların icrasına başlanılıb » Medical Media


TƏBİB region xəstəxanalarında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayının və keyfiyyətinin artırılması, o cümlədən bu günədək yalnız paytaxtda icra olunun cərrahi əməliyyatların bölgə xəstəxanalarında da icra olunması istiqamətində yenilikləri davam etdirir.

Zərdab Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə həyata keçirilən iki müxtəlif laporoskopik əməliyyat uğurla başa çatıb.

Cərrahi əməliyyatlar xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Cabir Əhmədov tərəfindən icra olunub.


64 yaşlı qadın pasiyent üzərində laporoskopik hemikolektomiya (qapalı üsulla qalxan çənbər bağırsağın rezeksiyasi  və 65 yaşlı qadın pasiyent üzərində isə laporoskopik qasıq yırtığının ləğvi əməliyyatları həyata keçirilib.  Əməliyyatdan sonra pasiyentlər dinamik nəzarət məqsədilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hər iki pasiyentin vəziyyəti qənaətbəxşdir.


Qeyd edək ki, sözügedən əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.


Chosen
38
medicalmedia.az

1Sources