EN

Rusiyanın S-300-nü VURULDU

Ukrayna Silahlı Qüvvələri Rostov vilayətində S-300 hava hücumundan müdafiə sistemini məhv edib.

Herbiand.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Avqustun 20-dən 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər hissələri ilə birlikdə Rostov vilayətinin Novoşaxtinsk kəndi yaxınlığında S-300 zenit-raket kompleksini vurub.

"Müəyyən hədəf nöqtələrində partlayışlar müşahidə edilib. Dağıntının dəqiqliyi araşdırılır" - Baş Qərargah qeyd edib.

Chosen
126
2
herbiand.az

10Sources