EN

Daha bir virus aşkar edildi » Medical Media


Avropada Oropuche virusu aşkar edilib. Indiyədək İspaniya, İtaliya və Almaniyada 19 hadisə qeydə alınıb.

Qara vəba, meymun çiçəyi və quş qripi hallarından sonra, ölümcül Oropuche virusu da narahatlıq yaratmağa başlayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri səhiyyə işçilərinə Amerika qitəsində "tənbəl qızdırması" olaraq da bilinən Oropuche hallarının artması ilə bağlı xəbərdarlıq etsə də, yeni yoluxma halların ola biləcəyini qeyd edib. Qurumun hesabatına görə, bu halların 12-si İspaniyada, 5-i İtaliyada və 2-i Almaniyada olub.

Virusla bağlı ilk ölüm halları ötən ay Braziliyada qeydə alınıb və bildirilib ki, 21 və 24 yaşlı 2 qadın xəstəliyin gedişi zamanı şiddətli qanaxma və hipotenziyadan ölüb. Bundan əlavə, Oropouche virusunun simptomları olan bir qadın 30 həftəlik körpəsini itirib.

Qeyd edək ki, Oropuche virusu insanlara sandflies kimi tanınan yoluxmuş kiçik milçəklərin dişləməsi ilə ötürülür, lakin bəzi hallarda ağcaqanadlar da virusu daşıya və yaya bilər. İnfeksiya əvvəlcə şiddətli baş ağrısı, titrəmə, əzələ ağrısı və oynaq ağrıları ilə birlikdə yüksək hərarətlə müşahidə olunur.

Chosen
35
14
medicalmedia.az

10Sources