EN

Emənipərəst senator istefa verdi

Amerikalı ermənipərəst senator Bob Menendez cinayət məsuliyyətinə cəlb olunduğu üçün istefa verib.

Teleqraf.com xəbər verir ki, 5 noyabr seçkilərinin nəticələri elan olunana qədər onu Nyu-Cersi senatoru ofisində Corc Helmi əvəzləyəcək. İyulun 16-da Nyu-York məhkəməsi Bob Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Onun həbsi oktyabrın 29-na nəzərdə tutulub. Menendezi 222 il həbs gözləyir.

Menendezin həyat yoldaşı, erməni əsilli Nadine də sadalanan maddələr üzrə ittiham olunub. Lakin onun məhkəmə prosesi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur. Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət işidir. Əvvəlki məhkəmə istintaqı hakim heyətinin hökm çıxara bilməməsi səbəbindən yalnız təhqiqatla nəticələnib.


Müəllif: Teleqraf.com
Chosen
100
20
teleqraf.com

10Sources