EN

Tibb müəssisələrində kargüzarlıq və arxiv əməkdaşlarının təkmilləşdirmə proqramına cəlb edilməsi davam etdirilir » Medical Media


TƏBİB tərəfindən tabeli müəssisələrdə kargüzarlıq və arxiv sahələrində çalışan əməkdaşların bilik və bacarıqlarının, praktiki vərdişlərinin artırılması, eləcə də vətəndaş müraciətlərinə baxılması sahəsində praktiki fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bu ilin mart ayından başladılan “Praktiki təkmilləşdirmə proqramı” uğurla davam etdirilir. 

TƏBİB-in Müraciətlərlə iş departamenti tərəfindən ilkin mərhələdə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə icra olunan “Praktiki təkmilləşdirmə proqramı”nın əhatə dairəsi genişləndirilərək region xəstəxanalarında çalışan əməkdaşların da bu prosesə cəlb olunmasına başlanılıb. 

Ötən dövr ərzində proqrama tabeli müəssisələrin təqdim etdikləri siyahılar üzrə tərtib edilən növbəlilik cədvəlinə uyğun olaraq Tibbi Reabilitasiya Mərkəzi, Nərimanov, Nizami, Sumqayıt, Lökbatan, Qaradağ, Suraxanı, Pirallahı, Binəqədi tibb mərkəzləri, habelə Kliniki Tibbi Mərkəz, Respublika Dəri-Zöhrəvi Mərkəzi, Respublika Endokrinoloji Mərkəz,  Respublika Neyrocərrahiyyə Xəstəxanası, Yeni Klinika, Zəngilan, Ağsu, Şəki, Göyçay, Yevlax, Oğuz, Siyəzən, Qubadlı, Salyan rayon mərkəzi xəstəxanaları, eyni zamanda Mərkəzi Neftçilər Xəstəxanası, Nardaran Sağlamlıq Mərkəzi, 3, 12 və 33 nömrəli şəhər poliklinikaları, 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası, 1 nömrəli Dəri-Zöhrəvi Dispanseri, 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri,  2 nömrəli Tələbə Poliklinikası və Hovsan Sağlamlıq Mərkəzindən ümumilikdə 6 Ümumi şöbə müdiri, 1 Katiblik bölmə müdiri, 31 kargüzar və 10 arxivçi olmaqla, ümumilikdə 48 əməkdaş cəlb olunub.

Proqrama cəlb olunan əməkdaşlar vətəndaş müraciətlərinə baxılması, kargüzarlıq və arxiv işi üzrə mövcud qanunverici sənədlərin (təlimat və əsasnamələr) tələblərinə uyğun olaraq, nəzəri biliklərini təkmilləşdirib, habelə iş prosesində Elektron Sənəd Dövriyyəsi Sistemi üzərindən sənədlərin dövriyyəsi, qeydiyyata alınması, aidiyyəti üzrə yönəldilməsi, icrasına nəzarət və s., eyni zamanda vətəndaş müraciətlərinin cavablandırılması, arxiv işinin təşkili və sənədlərin arxivləşdirilməsi istiqamətində praktik vərdişlərini artırıb.
Proqrama cəlb olunan əməkdaşlar TƏBİB-in Müraciətlərlə iş departamentinin Vətəndaş müraciətləri və Çağrı xidməti şöbələrinin işi ilə də yaxından tanış olaraq vətəndaşların qəbulu prosesində iştirak ediblər.

“Praktiki təkmilləşdirmə proqramı”nın bundan sonra da davam etdirilməsi və bütün tabeli tibb müəssisələrini əhatə etməsi nəzərdə tutulub.
Chosen
63
medicalmedia.az

1Sources