EN

Rusiya ordusu raket və pilotsuz təyyarələrlə Kiyevə hücum edib

Avqustun 20-də Rusiya ordusu raket və pilotsuz təyyarələrlə Kiyevə hücum edib.

Bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko məlumat verib. İşğalçıların Kiyəvə tərəf uçan PUA-ları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv ediliblər.

Səhər saatlarında qanadlı raketlərdən istifadə təhlükəsi ilə əlaqədar həyəcan təbili çalınıb. İlkin məlumatlara görə, düşmən Ukraynanın paytaxtına, ehtimal ki, “İskəndər-K” tipli qanadlı raketlərlə hücum etməyə çalışıblar. Bu, onların bir ay ərzində 5-ci raketli hücum cəhdi olub”, – ŞHA rəhbəri yazıb. Tələfat və dağıntı yoxdur.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
11
editor.az

10Sources