Özbəkistan ABŞ-a rədd cavabı verdi

Özbəkistanın hərbi doktrinası ölkədə xarici hərbi bazaların yerləşdirilməsini nəzərdə tutmur. Bu fikirləri Özbəkistan Müdafi Nazirliyi ABŞ-ın Wall Street Journal nəşrinin Əfqanıstandan çıxarılan amerikan qoşunlarının Tacikistan və Özbəkistanda yerlədiriləcəyinə dair məlumatına cavab olaraq bildirib.

Müdafiə Nazirliyi bildirib ki, Özbəkistan siyasəti xaricdə sülhməramlı əməliyyatlarda iştirak etməmək prinsipi əsasında qurulub.

2001 və 2005-ci illərdə ABŞ Özbəkistanın Kaşkadarın vilayətində “Xanabad” hərbi aerodromundan istifadə etsə də, sonralar hökumətin tələbi ilə bazanı Qırğızıstanın Manas aviabazasına köçürüb.

ABŞ hərbiçilərinin Əfqanıstandan çıxarılmasına mayın 1-də başlanılıb və proses sentyabırın 11-nə qədər davam edəcək.Bu 2020-i ildə ABŞ və “Taliban” arasında 18 illik müharibədən sonra imzalanmış saziş əsasında həyata keçirilir. Son məlumatlara görə hazırda Əfqanıstanda 10 000 NATO əsgəri var. /bizimyol.info/

 

0
156
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar