Yüksək təzyiqi dərmansız endirməyin yolu - Kardioloqdan metod

Yüksək təzyiqdən əziyyət çəkənlər düzgün tənəffüs metodu ilə təzyiqi dərmansız da sala bilərlər.

Azerxorum.com Milli.Az-a istinadən xəbər verir ki, həkim kardioloq Mariya Çaykovskaya ürək döyüntüsü və təzyiqi tez və asan yolla normallaşdırmağın üsulunu açıqlayıb.

Bunun üçün dərin və asta diafraqmal tənəffüs lazımdır.

Sakit əyləşib, bir əli döş qəfəsinə, digərini qarında göbəyin üzərinə qoyursuz.
Burundan dərin, aramla nəfəs alırsız, bu zaman qarın şişməlidir, nəfəsi ağızdan verib qarını boşaldırsız. Yəni qarnınızla nəfəs alırsız. Bu zaman sinənizdəki əl hərəkət etməməli, yəni döş qəfəsi ilə nəfəs almamalısız.

Bütün fikrinizi tənəffüsə cəmləyin, ən azı 10 dəqiqə belə nəfəs alın.

0
1339
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar