Ermənistan parlamentinin sədri Alen Simonyan yıxılaraq dirsəyini zədələyib.
Bunu ölkə parlamentinin mətbuat katibi Sovinar Xaçatryan “Facebook”da yazıb.
Xaçatryanın sözlərinə görə, parlament sədri xəstəxanaya yerləşdirilib.
“O, sadəcə sürüşüb və dirsəyini zədələyib, hazırda həkimlərin nəzarəti altındadır”, – mətbuat katibi qeyd edib./Oxu.az/
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Novruz bayramı münasibətilə tviter səhifəsində paylaşım edib.
Yenicag.az xəbər verir ki, siyasətçinin təbrikində deyilir:
“Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq də daxil olmaqla Novruz bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Baharın başlanğıcı bu çətin vaxtlarda daha çox ehtiyac duyduğumuz yeni ümidlər gətirir. Bayramı qeyd edənlərə xoşbəxtlik, firavanlıq və ən əsası, sülh arzulayıram”.
Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl Nazirlikdən bildirilib ki, Yevlax rayonunun Ərəş kəndində dörd yeniyetmə – 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu martın 19-da yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıb.
Qazaxıstanın ən böyük siyasi partiyası “Amanat” Məclis (parlamentin aşağı palatası) üçün keçirilən növbədənkənar seçkilərdə səslərin əksəriyyətini qazanıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov məlumat verib.
Qazaxıstan MSK-nın məlumatına görə, beş partiya Məclisə daxil olmaq üçün beş faizlik baryeri keçə bilib. Səslərin 53,9 faizini “Amanat” toplayıb. İkinci yeri 10,9 faizlə “Aul”, üçüncü yeri isə 8,41 faiz səslə “Ak Jol” partiyaları əldə ediblər.
Parlamentin aşağı palatasına həmçinin seçkilərdə 6,8 faiz səs yığan Qazaxıstan Xalq Partiyası, 6,59 faiz səs toplayan “Respublika” Partiyası və 5,2 faiz səs toplayan müxalif Ümummilli Sosial Demokrat Partiyası da daxil olub.
Seçicilərin 3,9%-i bütün partiya və namizədlərin əleyhinə səs veriblər./Oxu.az/
Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Azərbaycan “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub”, – XİN-in məlumatında qeyd olunub.
Xatırladaq ki, “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlər üçün 7 milyard avroya yaxın yardım öhdəliyi götürülüb.
Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar olaraq gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Sürücülərdən Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyə olunur.
Saatından asılı olmayaraq müraciət edən sürücülər üçün texniki müayinə mərkəzlərində avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanı yaradılıb. Texniki müayinə mərkəzlərində, həmçinin şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçılarının rahatlığını təmin etmək və növbə gözləməmələri üçün də ayrıca qəbul pəncərəsi fəsliyyət göstərir.
Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı (012) 590-71-13 nömrəli qaynar xətt ilə əlaqə saxlaya bilərlər.
Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə “Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları haqqında məlumatlılığını təmin etmək, böyük qayıdış prosesində gənclərin rolunu daha da artırmaq, habelə dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyət arasında təbliğində fəal iştirak etməkdir.
Layihə çərçivəsində bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gənclər üçün məlumatlandırma sessiyalarının keçirilməsi nəzərdə tutulur. Sessiya müddətində iştirakçılar “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti və ölkəmizdə tədbiq olunan “Ağıllı kənd” konsepsiyası ilə yaxından tanış olaraq bu sahədə yeni biliklər əldə edəcəklər.
Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. “Ağıllı Qarabağı tanıyaq” layihəsində iştirak etmək istəyən 16-29 yaş aralığında, məsuliyyətli və təşəbbüskar gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/smartkarabakh
“Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası – ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.
“Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq”, – Kanevski qeyd edib.
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda qida məhsullarının idxalı dəyər ifadəsində 6,69 faiz və ya 22,6 milyon dollar artaraq 360,368 milyon dollara çatıb.
Yenicag.az bu barədə bu gün Dövlət Gömrük Komitəsinin (DGK) bülleteninə istinadən xəbər verir.
DGK-nın məlumatlarına əsasən, Azərbaycan 2023-cü ildə 11,992 milyon dollar dəyərində 7,32 min ton ət, 4,256 milyon dollar dəyərində 1,89 min süd, 10,398 milyon dollar dəyərində 1,76 min ton süd məhsulları, 46,919 milyon dollar dəyərində 70,87 min ton meyvə və tərəvəz və 10,297 milyon dollar dəyərində 1,92 min ton çay idxal edib.
Azərbaycan, həmçinin, 101,211 milyon dollardan yuxarı məbləğdə 301,82 min ton buğda, qarğıdalı və düyü idxal edib.
Bitki mənşəli piy və yağların idxalı 23,095 milyon dollardan yuxarı məbləğdə olmaqla 15,71 min ton təşkil edib.
Azərbaycan qeyd olunan dövrdə tütün və tütün məmulatlarının idxalını 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 64,39 faiz artıraraq 17,875 milyon dollara çatdırıb.
Ətraflı
Əczaçılıq sənayesi məhsullarının idxalı 2022-ci ilin analoji dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 27,08 faiz və ya 1,27 min tondan çox artaraq 5,97 min tona, dəyər ifadəsində isə 24,07 faiz və ya 28,77 milyon dollar artaraq 148,277 milyon dollara çatıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,7 faiz və ya 768,8 milyon dollar azalaraq 7,94 milyarddan 7,17 milyard dollara düşüb.
Xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına cəmi 4,52 milyard dollar düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,447 milyard dollar və ya 24,25 faiz azadır. Xarici ticarət dövriyyəsində ixracın payına ötən ilki 75,16 faizlə müqayisədə 63,03 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycanda idxal illik hesablamada 678,5 milyon dollar və ya 34,4 faiz artaraq 1,972 milyard dollardan 2,651 milyard dollara qalxıb. Xarici ticarət dövriyyəsində idxalın payı ötən ilki 24,84 faizlə müqayisədə 36,97 faiz təşkil edib.
Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət qalmaqla illik hesablamada 2,126 milyard dollardan çox və ya 2,1 dəfə azalaraq 1,869 milyard dollara düşüb, belə ki, 2022-ci ilin yanvar-fevral aylarında saldo 3,995 milyard dollar olub.
Rusiya prezident administrasiyasının əməkdaşlarından Amerikanın “Apple” şirkətinin smartfonlarından qurtulmaq tövsiyə olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Kommersant nəşri yazıb.
Nəşrin materialında bildirilir ki, prezident administrasiyasının əməkdaşları artıq bunun bağlı bildiriş alıb, regiondakı məmurlar isə tezliklə Amerika smartfonlarının fərqli əməliyyat sistemli telefonlarla əvəzlənməsi ilə bağlı tövsiyələr alacaqlar.
Mart ayında Moskva vilayətində keçirilən seminar zamanı rəsmilərə aprelin əvvəlinə qədər iPhone-dan qurtulmalı olduqları bildirilib. İclasda iştirak edənlərdən biri “Kommersant”a bildirib ki, “iPhone ilə qurtarın: “Ya onu atın, ya da uşaqlara verin. Hamı bunu mart ayında etməli olacaq”.
“Kommersant”ın digər həmsöhbəti bildirib ki, prezident administrasiyasının əməkdaşları qadağanın zəruriliyini müzakirə ediblər, lakin yekun qərarı aprelin 1-dək Amerika smartfonlarından xilas olmaq qərarına gələn Administrasiya rəhbərinin birinci müavini Sergey Kiriyenko verib.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu tədbirlər təhlükəsizlik məqsədilə həyata keçirilir, çünki “Apple” məhsulları “digər smartfonlarla müqayisədə Qərb mütəxəssisləri tərəfindən “sındırılmağa” və casusluğa daha çox həssasdır”./Lent.az
Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən açıqlama verilib.
Yenicag.az xəbər verir ki, ADU-nun rektoru Kamal Abdulla və ADNSU-nun departament direktoru Bəhruz Nəzərov “Xəzər Ertəsi”nə mövzu ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, hər iki universitetdə keçirilən Novruz şənliyində səslənən musiqi birmənalı qarşılanmayıb.
Ətraflı süjeti təqdim edirik:
Qeyd edək ki, bir neçə gün öncə ADU və ADNSU-da tələbələrin kriminal aləmə məxsus şəxsin adının hallandığı mahnıya oynamalarının görüntüləri yayılmışdı.
Martın 20-si Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşərək Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi adından təbriklərini və xoş arzularını çatdırmış, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Yenicag.az xəbər verir ki, görüş zamanı Kamran Əliyev və İlyas İsmayılov xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az- verilən məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 733, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 665, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 871 təşkil edir.
İsrail səfiri Corc Dik Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
“Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edir, hər kəsə can sağlığı, bol ruzi-bərəkət arzu edirəm. Novruz bayramınız mübarək!”, – deyə o paylaşımda qeyd edib.
🇮🇱-in 🇦🇿-dakı səfiri @GeorgeDeek 🇦🇿 xalqını #Novruz bayramı münasibəti ilə təbrik edir,hər kəsə can sağlığı,bol ruzi-bərəkət arzu edir.Novruz bayramınız mübarək! 🌱
Ambassador of 🇮🇱 to 🇦🇿,@GeorgeDeek congratulates people of 🇦🇿 on occasion of Novruz&wishes good health&prosperity. pic.twitter.com/gKzyPyQhZY
— Israel in Azerbaijan (@IsraelinAZ) March 20, 2023
Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilə bilər.
Yenicag.az Apa-ya istinadən xəbər verir, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. O, Mirozyanla danışıqlarda XİN başçılarının üçtərəfli görüşünü müzakirə etdiklərini söyləyib:
“Erməni həmkarlarımız bu günlərdə Baş nazir Nikol Paşinyan tərəfindən mətbuat konfransında səslənən “Ermənistan bu cür görüşün keçirilməsinə hazırdır” bəyanatını təsdiqlədilər. Düşünürəm ki, yaxın vaxtlarda hansı tarixlərin üç nazirin hamısının qrafiklərinə uyğun olmasına baxacağıq”, deyə Rusiya XİN başçısı vurğulayıb.
Azərbaycan Ağır Atletika Federasiyası idmançılarımızın Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Federasiyadan Yenicag.az-a bildirilib ki, komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.
“İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcək”, – açıqlamada qeyd edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycan idmançılarının da yarışda iştirak edəcəyini bildirmişdi./Unikal/
Türkiyədə fevralın 6-da Qəhrəmanmaraşda baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı 50 min 95 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, məlumatı AFAD yayıb.
Bildirilir ki, təbii fəlakət nəticəsində 107 min 204 nəfər isə yaralanıb.
“Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə sui-istifadəyə son qoymalıdır”.
Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumata əsasən, 20 mart tarixində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutması nəticəsində 1 nəfər hərbi qulluqçumuz yaralanıb:
Aparıcı Hüsniyə Məhərrəmli bəzi sürücüləri təhqir edib.
Yenicag.az xəbər verir ki, o bununla bağlı sosial şəbəkə hesabında video yayıb. Aparıcı Bakı-Sumqayıt yolunda rastlaşdığı sürücülərdən şikayət edib:
“Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan yoluna maşın sürməyə “eşşəklər” çıxır. Adam onlara eşşək də demək istəmir. Onlar eşşəkdirsə, onda eşşəklər də adamdırlar. Deyiləsi deyil… Çoxdankı ideyam var. Onun biznes-planını yazacağam.
Yadınızdadırsa, siqnallar var idi, “Lambada” səsi verirdi, sifariş də edə bilirdiniz. Elə bir siqnal sifariş edirsiniz ki, ürək sözlərinizi səsləndirsin və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə yazığınız gəlir. Bütün o bədahətən gələn emosiyaları özünüzdə saxlayırsınız. Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır.
Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni əsəbiləşdirdilər”.
IMG_8318